“Real Madrid” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Madrid klubu “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurelyanı transfer etmək üçün London təmsilçisi ilə razılığa gəlib.
İspaniyalı futbolçunun keçidinin DÇ-2026-dan sonra rəsmiləşəcəyi bildirilir.
Fabrizio Romanonun məlumatına görə, tərəflər artıq anlaşma əldə edib və Kukurelya uzunmüddətli müqaviləyə razılıq verib. Transferin məbləğinin 55 milyon avro + 5 milyon avro bonus təşkil edəcəyi qeyd olunur.
27 yaşlı müdafiəçi 2022-ci ildən “Çelsi”də çıxış edirdi. O, daha əvvəl “Barselona”, “Eybar”, “Xetafe” və “Brayton”un da formasını geyinib.
Qeyd edək ki, Kukurelya hazırda İspaniya millisi ilə DÇ-2026-da iştirak edir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi