Luis Enrike “Barselona”nın futbolçusunu PSJ-də Görmək istəyir
11.06.2026 - 15:26
Luis Enrike “Barselona”nın futbolçusunu PSJ-də Görmək istəyir

“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, fransalı futbolçu PSJ-nin maraq dairəsinə düşüb.

Paris təmsilçisinin baş məşqçisi Luis Enrike şəxsən Kundenin transferində maraqlıdır.

İspaniyalı mütəxəssis müdafiəçinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir. O, klub rəhbərliyi ilə futbolçunun mümkün keçidini müzakirə edib.

Qeyd edək ki, Kunde 2022-ci ildən “Barselona”nın formasını geyinir.