Şotlandiya millisinin futbolçusu Con Makqinn DÇ-2026-nın qrup mərhələsində Haiti ilə oyunun ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, FİFA 31 yaşlı yarımmüdafiəçini matçın oyunçusu elan edib.
Makqinn qarşılaşmanın 28-ci dəqiqəsində fərqlənərək Şotlandiyaya 1:0 hesablı qələbə qazandırıb.
Bu, Şotlandiyanın dünya çempionatlarında 1990-cı ildən sonra ilk qələbəsi olub. Stiv Klarkın komandası bu nəticə ilə C qrupunda liderliyə yüksəlib.
Qrupun digər oyununda Braziliya Mərakeşlə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, Şotlandiya növbəti oyununu iyunun 19-da Mərakeşə qarşı keçirəcək. Haiti isə həmin gün Braziliya ilə üz-üzə gələcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi