“Mançester Yunayted” Altay Bayındırın gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İngiltərə klubunun hazırkı planı türkiyəli qapıçının müntəzəm forma şansı qazana biləcəyi komandaya keçməsidir.
Fabrizio Romanonun məlumatına görə, “qırmızı şeytanlar” yeni mövsüm öncəsi ehtiyat qapıçı axtarışını davam etdirir. Tom Hiton isə üçüncü qapıçı kimi heyətdə qalacaq.
Hazırda Altayın daha çox oyun praktikası qazanacağı kluba yollanması onun karyera planlaması baxımından əsas variant hesab olunur.
Qeyd edək ki, Altay Bayındır “Mançester Yunayted”ə 2023-cü ildə “Fənərbaxça”dan transfer olunub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu