Mbappe prezident olmaq istəmir: “Kifayət qədər nifrət edilirəm”
15.06.2026 - 12:16
Fransa millisinin kapitanı Kilian Mbappe gələcəkdə ölkə prezidenti olmaq ehtimalına münasibət bildirib.
Apasport.az xəbər verir ki, “Real”ın hücumçusu “Le Parisien”ə açıqlamasında bu fikri yumorla rədd edib.
“Fransa prezidenti olmağı düşünmürəm. Onsuz da hazırda kifayət qədər nifrət edilirəm”, - deyə Mbappe bildirib.
Qeyd edək ki, Mbappenin kapitanı olduğu Fransa millisi DÇ-2026-da I qrupunda Seneqal, İraq və Norveç yığmaları ilə mübarizə aparır.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0