Meksika – Cənubi Afrika matçının ən yaxşısı məlum oldu
12.06.2026 - 01:44
Meksika – Cənubi Afrika matçının ən yaxşısı məlum oldu

2026-cı il dünya çempionatının açılış matçında oyunun ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, Meksikanın Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Xulian Kinyones matçın oyunçusu seçilib.

29 yaşlı hücumçu görüşün 9-cu dəqiqəsində hesabı açaraq mundialın ilk qolunun müəllifi olub. Kinyones Cənubi Afrika müdafiəsinin səhvindən sonra fürsəti dəyərləndirib və topu qapıdan keçirib. 

Qeyd edək ki, Meksikanın digər qolunu 67-ci dəqiqədə Raul Ximenes vurub.

Açılış oyununda ümumilikdə 3 qırmızı vərəqə göstərilib.