DÇ-2026-nın açılış matçında Meksika azarkeşlərinin istifadə etdiyi “matraca” adlı alət sosial şəbəkələrdə müzakirə yaradıb.
Apasport.az xəbər verir ki, Meksika – Cənubi Afrika (2:0) oyununu izləyənlər tribunalardan gələn yüksək və ritmik səsdən narahat olublar.
Bir çoxları əvvəlcə bunun spikerdən, mikrofondan və ya yayımda yaranan texniki problemdən qaynaqlandığını düşünüb.
Lakin sonradan səsin Meksika tribuna mədəniyyətində geniş yayılan “matraca” adlı ənənəvi azarkeş alətindən gəldiyi məlum olub. Əllə çevrilən bu alət gur və davamlı səs çıxarır.

Xüsusilə Meksika millisinin oyunlarında tez-tez istifadə olunan “matraca” ölkənin futbol coşqusunun simvollarından biri sayılır.
Sosial mediada isə bu alət artıq 2010-cu il dünya çempionatında məşhurlaşan vuvuzela ilə müqayisə edilir və “yeni vuvuzela” adlandırılır.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi