Messi: "Ramos məni ən çox əsəbiləşdirən futbolçu idi"
10.12.2024 - 11:59
Argentina millisinin və "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi “Give me Sport” nəşrinə açıqlama verib.
Apasport.az xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu karyerası ərzində onu ən çox qəzəbləndirən futbolçu barədə danışıb:
“Serxio Ramosla çoxlu toqquşmalarım olub. Məni ən çox bu futbolçu əsəbiləşdirirdi. Sonra Parisdə (red. PSJ) birləşdik, amma əvvəllər çox tez-tez "El-Klassiko"da qaqrşı-qarşıya gəlirdik. Bu qaeşılaşmalar çox gərgin keçirdi”.
Qeyd edək ki, Messi və Ramos PSJ-də iki il komanda yoldaşı olublar.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0