“Çikaqo Fayr” heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi “Bavariya”dan ayrılacaq Leon Qoretska ilə danışıqlar aparır.
Bu barədə “The Athletic” məlumat yayıb.
Almaniya millisinin yarımmüdafiəçisinin Münhen klubu ilə müqaviləsi iyunun sonunda başa çatacaq və o, azad agent statusu alacaq.
Qoretska ilə Avropa klublarının da maraqlandığı bildirilir.
“Çikaqo Fayr” daha əvvəl Robert Levandovski ilə də danışıqlara başlamışdı.
ABŞ klubu bu yay heyətinə iki sabiq “Bavariya” futbolçusunu cəlb etməyə çalışır.
Qeyd edək ki, Qoretska 2018-ci ildən “Bavariya”da çıxış edir. 31 yaşlı futbolçu Münhen təmsilçisi ilə 6 dəfə Almaniya çempionu olub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi