Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman DÇ-2026-nın qrup mərhələsində Kurasaoya 7:1 hesabıyla qalib gəldikləri oyunu dəyərləndirib.
Apasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis matçdan sonra komandasının ağır şəraitdə yaxşı reaksiya verdiyini bildirib.
“Belə şəraitdə həm psixoloji olaraq toparlanmaq, həm də yeddi qol vuraraq matçı qazanmaq asan deyil. Oyunda bir çox müsbət məqam var idi. Amma eyni zamanda detallı şəkildə analiz edilə biləcək və bizi daha da inkişaf etdirəcək məqamlar da gördük”.
Naqelsman Kurasaonun bərabərlik qolundan sonra Almaniyanın bir neçə dəqiqə oyuna qayıtmaqda çətinlik çəkdiyini də etiraf edib:
“Onların bərabərlik qolundan sonra oyuna qayıtmaq üçün bizə bir neçə dəqiqə lazım oldu. Kurasao da futbol oynaya bilir, bunu gördük. Onların qrupda necə çıxış edəcəyini görmək maraqlı olacaq. Yeddi qol vurmağımızdan və oyunumuzun böyük hissəsindən çox razıyam. Qələbə ilə başlamaq hər zaman vacibdir və bunu bacardığımıza görə sevinirik”.
Qeyd edək ki, Almaniya E qrupundakı növbəti oyununu iyunun 20-də Fil Dişi Sahilinə qarşı keçirəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi