Norveçdən DÇ hazırlığı: 300 kilo balıq, 6000 portağal
10.06.2026 - 12:22
Norveç millisi dünya çempionatına hazırlıq üçün maraqlı addımı ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, skandinaviyalılar mundiala özləri ilə böyük ərzaq ehtiyatı aparıblar.
Norveç nümayəndə heyəti turnirə 300 kilo qırmızı balıq, 116 kilo pendir və 6000 portağalla yollanıb.
Komandanın heyətində ölkənin ən yaxşı aşpazlarından üçü də yer alır. Onlardan biri artıq 35 ildir Norveç millisinin mətbəxinə cavabdehdir.
Qeyd edək ki, Norveç millisi DÇ-2026-da I qrupunda Fransa, Seneqal və İraqla mübarizə aparacaq.
0
0