Noyer karyerası ilə bağlı qərar verib
10.12.2024 - 13:58
“Bayern”in qapıçısı Manuel Noyer yaxın gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
38 yaşlı qolkiper Münhen klubu ilə 2026-cı ilə qədər davam edəcək yeni müqavilə bağlamağa qərar verib. Tərəflər arasında hazırkı müqavilə 2025-ci ilin yayında başa çatacaq.
Noyer 2011-ci ildən Münhen komandasında çıxış edir. O, “Bayern”lə 11 dəfə Almaniya çempionu olub.
Almaniyalı qapıçı cari mövsümdə 19 matçda iştirak edib, 13 qol buraxıb, 12 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0