“Atletiko”nun qapıçısı Yan Oblak yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, sloveniyalı qolkiperin xidmətində “Yuventus” maraqlıdır.
Turin klubu 33 yaşlı qapıçının mümkün transferi ilə bağlı Madrid təmsilçisi ilə ilkin danışıqlar aparıb.
İtaliya nəhəngi yeni mövsüm öncəsi qapı xəttini gücləndirmək istəyir. Oblakın yüksək maaşı isə keçidin reallaşması yolunda əsas maneələrdən biri sayılır.
Qeyd edək ki, Yan Oblak 2014-cü ildən “Atletiko”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Son məlumatlara görə, “Yuventus” qapıçı axtarışında Emiliano Martines variantını da nəzərdən keçirir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi