Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-nın qrup mərhələsində Türkiyəyə qarşı keçirəcəkləri oyun barədə danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis rəqibi analiz etdiklərini və üstünlük qazana biləcəkləri məqamları müəyyənləşdirdiklərini bildirib:
“Türkiyəni analiz edərkən bəzi zəif yönlərini aşkar etdim. Harada üstünlük qazanacağımızı bilirəm. Amma bunu indi sizə deməyəcəyəm. Bütün dünya Türkiyəni favorit görür, amma biz sabah bu partini dağıdacağıq”.
Qeyd edək ki, Türkiyə və Avstraliya milliləri D qrupunda yer alır. Bu qrupda ABŞ və Paraqvay da mübarizə aparır. Türkiyə - Avstraliya oyunu iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da keçiriləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi