Premyer Liqada ayrılıq: Bissuma “Tottenhem”dən getdi
10.06.2026 - 23:51
Premyer Liqada ayrılıq: Bissuma “Tottenhem”dən getdi

“Tottenhem” futbolçusu İv Bissuma ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, London klubunun mətbuat xidməti malili yarımmüdafiəçinin komandadan ayrıldığını açıqlayıb.

29 yaşlı futbolçu 2022-ci ildən “Tottenhem”in formasını geyinirdi.

O, London təmsilçisinə “Brayton”dan transfer olunmuşdu.

Qeyd edək ki, Bissumanın adı bir müddət “Fənərbaxça” ilə hallanmışdı. Malili futbolçunun karyerasını Türkiyədə davam etdirə biləcəyi iddia olunurdu.