"Liverpul"un futbolçusu Kodi Qakpo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Tottenhem" niderlandlı vingeri transfer etmək istəyir.
Bu barədə "CaughtOffside" məlumat yayıb.
London klubu Qakpo üçün 70 milyon avroluq təklif göndərməyi planlaşdırır. 27 yaşlı ön xətt oyunçusu ilə "Bavariya" və "Nyukasl" dayaxından maraqlanır.
Qeyd edək ki, "Liverpul" Kodi Qakpo 2023-cü ilin yanvarında PSV-dən 42 milyon avroya transfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi