"Qalatasaray" Mikautadzeyə alternativ tapıb
08.01.2025 - 12:16

Qış transfer dönəmində hücum xəttini gücləndirməyə çalışan "Qalatasaray" Jorj Mikautadzenin keçidini reallaşdırmağa çalışır.
Apasport.az xəbər verir ki, İstanbul klubu gürcü futbolçunu transfer etməkdə israrlıdır.
Buna baxmayaraq, komanda Mikautadzeyə alternativ tapıb.
"Sarı-qırmızılı"lar "Renn" də çıxış edən Amine Quiri transfer etmək istəyir.
Fransa klubu bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, "Renn"in 2022-ci ildə 28 milyon avroya heyətinə qatdığı Quiri ilə daha əvvəl "Bayer Leverkuzen" və "Leypsiq" də maraqlanırdı.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0