“Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus
08.06.2026 - 20:20
“Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus

“Qalatasaray” hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Yuventus”un hücumçusu Duşan Vlahoviçi transfer etmək istəyir.

“La Gazzetta dello Sport”un məlumatına görə, “sarı-qırmızılılar” serbiyalı futbolçuya illik 10 milyon avro maaş təklif edib.

Bundan başqa, Vlahoviçə hər mövsüm üçün 5 milyon avro bonus da təklif olunduğu bildirilir.

“Qalatasaray”ın bu təkliflə 26 yaşlı forvardı razı salmağa çalışdığı qeyd olunur.

Qeyd edək ki, “Yuventus”la müqaviləsi yayda başa çatacaq Vlahoviç ötən mövsüm Turin klubunun heyətində A Seriyasında 19 matçda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.