Cənubi Koreya millisinin futbolçusu Hyon-Gyu Oh Çexiya ilə oyundan əvvəl səhhətində problem yaşadığını açıqlayıb.
Apasport.az xəbər verir ki, hücumçu matçdan öncə qızdırmasının 38 dərəcəyə yüksəldiyini bildirib.
Buna baxmayaraq, o, həkimlərin köməyi ilə meydana çıxmağı bacarıb:
“Matçdan əvvəl qızdırmam 38 dərəcəyə qədər yüksəlmişdi. Oynayıb-oynamayacağım bəlli deyildi. Ancaq komandanın həkimləri mənə o qədər yaxşı baxdılar ki, meydana çıxıb qol vurdum”.
Qeyd edək ki, Cənubi Koreya dünya çempionatının qrup mərhələsində Çexiyaya 2:1 hesabı ilə qalib gəlib. Hyon-Gyu Oh meydana sonradan girərək komandasının qələbə qolunu vurub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi