“Real” Viktor Munyosla bağlı geri alma bəndini aktivləşdirməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Madrid klubu hüquqlarının 50 faizinə sahib olduğu 22 yaşlı vingeri geri qaytarmağı planlaşdırmır. Futbolçunun “Osasuna”dan “Nyukasl”a keçidi gündəmdədir.
İngiltərə təmsilçisinin Munyos üçün 35 milyon avro və əlavə 5 milyon avro bonus təklif etdiyi bildirilir. Romanonun məlumatına görə, “Nyukasl” ötən gün göndərdiyi təklifdən sonra keçidin baş tutacağına əmindir.
“Real” isə transfer məbləğinin 50 faizini əldə edəcək. Bu da Madrid klubunun sövdələşmədən 17 milyon avrodan çox gəlir götürməsi deməkdir.
Qeyd edək ki, Viktor Munyos ötən mövsüm La Liqada 34 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi