“Real”da ciddi itki
17.01.2025 - 15:04

İspaniya La Liqa komandalarından “Real Madrid” ciddi itki ilə üzləşib.
Apasport.az "AS" nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü Eduardo Kamavinqa sıradan çıxıb.
Oyunçu sol diz nahiyyəsindən zədə alıb. Yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Xatırladaq ki, Kamavinqa dünən İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Selta Viqo” ilə keçirilən matçda (5:2) zədələnib.
Qeyd edək ki, 22 yaşlı fransız “Real”a “Renn”dən 31 milyon avro qarşılığında transfer edilmişdi. Onun hazırki dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
0
0