“Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
10.06.2026 - 21:40
“Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi

“Fənərbaxça” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Real”ın mərakeşli futbolçusu Brahim Diazı heyətinə qatmaq istəyir.

TRT Sporun məlumatına görə, “sarı-lacivərdlilər” 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə görüşməyə hazırlaşır. “Fənərbaxça”nın həmçinin futbolçunun transfer şərtlərini öyrənmək üçün “Real”la da danışıqlar aparacağı bildirilir.

Diaz 2019-cu ildən “Real”a məxsusdur. O, daha əvvəl “Mançester Siti” və “Milan”da da çıxış edib.

Qeyd edək ki, Brahim Diazın “Real”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.