Ronaldo tarixi rekord qırdı – DÇ-nin ən yaşlısı oldu
17.06.2026 - 21:13
Ronaldo tarixi rekord qırdı – DÇ-nin ən yaşlısı oldu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 41 yaş 132 günlüyündə DR Konqo ilə matça start heyətində başlayan hücumçu mundial tarixində ilk “11-lik”də meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı futbolçu isə Misir millisinin sabiq qapıçısı Essam əl-Hadaridir.

O, DÇ-2018-də Səudiyyə Ərəbistanına qarşı oyuna 45 yaş 161 günlüyündə ilk “11-lik”də başlayıb.

Ronaldo isə qapıçılar nəzərə alınmadıqda mundial tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.