“Fənərbaxça”nın sabiq idarəçilərindən Ertan Torunoğulları Məhəmməd Salah transferi ilə bağlı diqqətçəkən açıqlama verib.
Apasport.az xəbər verir ki, o, misirli ulduzun Türkiyəyə gəlməyə müsbət yanaşdığını bildirib.
Sadettin Saran rəhbərliyinin idarəçisi olan Torunoğulları daha əvvəl Salahla bir çox məsələdə razılıq əldə etdiklərini söyləyib:
“Özü Türkiyəyə gəlməyə çox isti baxırdı. Bizimlə keçirdiyi görüşlər də son dərəcə müsbət idi. Maaşına qədər bir çox məsələdə onunla anlaşma zəmini formalaşdırmışdıq. Yeni rəhbərliyin belə bir tələbi olarsa, Salahın ‘Fənərbaxça’ formasını geyinəcəyinə inanıram. Danışıqlar məsələsində yeni rəhbərliklə də məmnuniyyətlə birlikdə çalışarıq”.
Qeyd edək ki, Məhəmməd Salah 9 ildən sonra geridə mövsümün sonunda “Liverpul”dan ayrılıb. Misirli ulduz 2017-ci ildən çıxış etdiyi İngiltərə klubunda 435 oyun keçirib, 255 qol vurub və 122 məhsuldar ötürmə edib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu