“Sambaçılar”a Neymar şoku - Qrup mərhələsində oynamayacaq
12.06.2026 - 23:51
“Sambaçılar”a Neymar şoku - Qrup mərhələsində oynamayacaq

Braziliya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Neymarın xidmətindən yararlanmaya bilər.

Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın TVE nəşri məlumat yayıb.

34 yaşlı hücumçunun C qrupundakı bütün qarşılaşmaları buraxacağı gözlənilir.

Neymar baldır əzələsindən 2-ci dərəcəli zədə alıb.

Braziliya Futbol Federasiyası daha əvvəl futbolçunun bərpa prosesinin plan üzrə davam etdiyini açıqlasa da, onun meydanlara nə vaxt qayıdacağı hələ dəqiq deyil.

Qeyd edək ki, Braziliya C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparır.

“Sambaçılar” iyunun 13-də Mərakeş, iyunun 19-da Haiti, iyunun 24-də isə Şotlandiya ilə qarşılaşacaqlar.