Semih Kılıçsoy “Kalyari” ilə vidalaşdı - "Beşiktaş"a qayıtdı
12.06.2026 - 02:59
“Beşiktaş”dan “Kalyari”yə icarəyə verilən Semih Kılıçsoy İtaliya klubu ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, türkiyəli hücumçu sosial şəbəkə hesabında paylaşım edərək “Kalyari”də keçirdiyi mövsümə görə təşəkkür edib:
“Kalyari”də keçirdiyim bu mövsüm mənim üçün çox dəyərli idi. Bu şəhəri, bu klubu və mənə göstərilən dəstəyi hər zaman xoş duyğularla xatırlayacağam. Hər şey üçün təşəkkürlər”.
Qeyd edək ki, Semih Kılıçsoy mövsümün əvvəlində “Beşiktaş”dan “Kalyari”yə icarə əsasında keçmişdi. Hücumçu müqavilə ilə məxsus olduğu “Beşiktaş”a qayıdıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0