İran millisinin hücumçusu Mehdi Taremi dünya çempionatındakı atmosferdən narazılığını bildirib.
Apasport.az xəbər verir ki, bu barədə Di Marzio məlumat yayıb.
Taremi mundialda gərginlik hiss etdiyini və idmanın siyasətdən ayrı tutulmalı olduğunu deyib:
“Bu, mənim üçün üçüncü dünya çempionatıdır. Həmişə deyilir ki, mundialda mehribanlıq və birlik atmosferi hiss olunmalıdır. Amma mən hazırda bunu hiss etmirəm. Gərginliyin olması aydındır, lakin idman və siyasət ayrı olmalıdır”.
33 yaşlı hücumçu İran millisinin heyətində 2018 və 2022-ci illərdə də dünya çempionatında iştirak edib.
Qeyd edək ki, İran millisi mundial öncəsi viza problemləri ilə üzləşib. Münaqişə fonunda ABŞ tərəfindən İran nümayəndə heyətinin bir sıra üzvlərinə viza verilmədiyi bildirilir. Bu səbəbdən komandanın hazırlıq bazası ABŞ-dan Meksikanın Tixuana şəhərinə köçürülüb. Futbolçuların vizaları isə ilk oyun ərəfəsində həll olunub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi