Dünya çempionatında VAR-la bağlı yeni qaydalardan biri ilk dəfə tətbiq edilib.
Apasport.az xəbər verir ki, bu hadisə DÇ-2026-nın qrup mərhələsində keçirilən ABŞ - Paraqvay matçında yaşanıb.
Qarşılaşmanın ikinci hissəsində paraqvaylı Migel Almironla mübarizədən sonra ABŞ millisinin müdafiəçisi Tim Rimə sarı vərəqə göstərilib. Lakin epizoda VAR müdaxilə edib.
Yoxlamadan sonra baş hakim qərarını dəyişib. Tim Rimə göstərilən sarı vərəqə ləğv olunub, əvəzində isə hakimi aldatmağa yönəlmiş hərəkətə görə Migel Almiron sarı vərəqə ilə cəzalandırılıb.
Bu, Dünya Kubokunda VAR-ın sarı vərəqə qərarına müdaxilə etdiyi ilk epizod kimi tarixə düşüb.
Qeyd edək ki, DÇ-2026-da tətbiq edilən yeniliklərdən biri də VAR-ın bəzi sarı vərəqə epizodlarına müdaxilə edə bilməsidir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi