“Tottenhem” futbolçusu Pedro Porro ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya millisinin müdafiəçisi London klubu ilə yeni sözləşmə imzalayıb. Müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Sənəddə daha bir mövsümlük uzatma bəndi də yer alıb.
Romanonun məlumatına görə, yeni müqavilədən sonra Porronun maaşı da artırılıb. “Tottenhem” 26 yaşlı sağ cinah müdafiəçisini heyətin toxunulmaz futbolçularından biri hesab edir. Buna görə də klub yayda onun mümkün gedişinə isti yanaşmayıb.
Qeyd edək ki, Pedro Porronun əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi. İspan futbolçu ötən mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.