“Trabzonspor”un gənc futbolçusu dünya nəhənglərinin radarında
25.12.2025 - 00:35
“Trabzonspor”un gənc futbolçusu dünya nəhənglərinin radarında

“Trabzonspor”un gənc futbolçusu Krist İnao Ulay komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə “Bavariya”, “Mançester Siti” və “Mançester Yunayted” yaxından maraqlanır.

Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

Qara dəniz təmsilçisi futbolçu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, “Trabzonspor” Fil Dişi Sahili millisinin üzvünü mövsümün əvvəlində “Bastia” klubundan 5,5 milyon avro qarşılığında heyətinə qatmışdı.