Türkiyə millisi Avstraliyaya məğlubiyyətdən sonra FIFA reytinqində ciddi geriləmə ilə üzləşib.
Apasport.az xəbər verir ki, “ay-ulduzlular” 5 pillə geriləyərək 27-ci sıraya düşüb.
Türkiyə millisinin aktivində hazırda 1569.47 xal var.
Reytinqin ilk pilləsində Argentina qərarlaşıb. Dünya çempionunun aktivində 1877.27 xal var.
İspaniya 1874.71 xalla ikinci, Fransa isə 1870.70 xalla üçüncü sıradadır.
İlk “5-lik” belədir:
Argentina – 1877.27 xal
İspaniya – 1874.71 xal
Fransa – 1870.70 xal
İngiltərə – 1828.02 xal
Portuqaliya – 1767.85 xal
Qeyd edək ki, Türkiyə DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Avstraliyaya 0:2 hesabı ilə uduzub. Millinin növbəti oyunu Paraqvaya qarşı olacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi