Türkiyə millisini müşayiət edən amerikalı polis qəzaya düşdü - Prezident ziyarət etdi
10.06.2026 - 10:47
Türkiyə millisini müşayiət edən amerikalı polis qəzaya düşdü - Prezident ziyarət etdi

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu ABŞ-da xəstəxanaya yollanıb.

Apasport.az xəbər verir ki, TFF rəhbəri Türkiyə millisinin heyətini müşayiət edərkən qəza keçirən amerikalı polis əməkdaşı Tayler Makqini ziyarət edib.

Motosikletli polis əməkdaşı milli komandanın məşqdən sonra Arizona ştatındakı düşərgəsinə qayıdışı zamanı qəzaya düşərək yaralanıb.

Hacıosmanoğlu xəstəxanada Makqinin səhhəti ilə maraqlanıb və ona tezliklə sağalmasını arzulayıb.

TFF prezidenti həmçinin polis əməkdaşına Hakan Çalhanoğlunun imzalı formasını hədiyyə edib.