UEFA Ermənistan Futbol Federasiyasını külli miqdarda cərimələyib.
Apasport.az xəbər verir ki, qurum UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Ermənistan - Farer adaları matçında idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə cərimələnib.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ziyana düşüb.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir