“Uotford”un sabiq futbolçusu və baş məşqçisi Kenni Cekett dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.
Cekett 64 yaşında vəfat edib.
Uotford şəhərində dünyaya gələn Cekett futbolçu karyerasını doğma klubunda keçirib. O, “Uotford”un heyətində ümumilikdə 428 oyuna çıxıb.
Cekett 1982/83 mövsümündə İngiltərə I Divizionunda ikinci yeri tutan “Uotford”un heyətində yer alıb. O, həmçinin 1984-cü ildə İngiltərə Kubokunun finalında iştirak edib.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə də “Uotford”da başlayan mütəxəssis sonradan “Suonsi”, “Milluol”, “Vulverhempton”, “Portsmut” və digər klublara rəhbərlik edib.
Qeyd edək ki, Kenni Cekett Uels millisinin də formasını geyinib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi