“Liverpul” baş məşqçi Arne Slotun gedişindən sonra məşqçilər korpusunda dəyişiklikləri davam etdirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu niderlandlı mütəxəssis Covanni van Bronkhorstla yollarını ayırıb.
O, Slotun texniki heyətində köməkçi məşqçi kimi çalışırdı.
“Liverpul” daha əvvəl Arne Slotu baş məşqçi postundan göndərib.
Onun ayrılığından sonra Sipke Hulshoff, Ruben Peeters və Covanni van Bronkhorst da klubdan gedib.
Qeyd edək ki, Van Bronkhorst “Liverpul”a 2025-ci ilin yayında qoşulmuşdu.
O, buna qədər “Beşiktaş”ın baş məşqçisi olub və 2024-cü ilin sonunda İstanbul təmsilçisindən ayrılıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi