“Brayton” “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviçi transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu üçün London klubuna təxminən 35 milyon avroluq təklif göndərib. Bu addım “Tottenhem”in “Brayton”un müdafiəçisi Yan Paul van Hekkeni heyətinə qatmaq istəyi fonunda atılıb.
Məlumata görə, Vuşkoviç “Brayton”a keçidə qarşı deyil. Xorvatiyalı futbolçu komandanın baş məşqçisi Fabian Hürtselerlə tanışdır.
Vuşkoviç 2025/26 mövsümünü icarə əsasında Almaniyanın “Hamburq” klubunda keçirib. O, 28 matçda 6 qol vurub.
Qeyd edək ki, Luka Vuşkoviç hazırda Xorvatiya millisinin heyətində DÇ-2026-da iştirak edir. Futbolçu yekun qərarını mundial başa çatdıqdan sonra verəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi