Atletlərimiz dünya birinciliyində iştirak edəcək
17.09.2024 - 12:55
Azərbaycanın gənc ağırlıqqaldıranları sentyabrın 19-27-si aralığında İspaniyanın Leon şəhərində keçiriləcək dünya birinciliyində iştirak edəcəklər.
Bu barədə apasport.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq) və Nurlan Məmmədzadə (89 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, turnirə 60-a yaxın ölkədən 367 (168 qadın, 199 kişi) idmançı qatılacaq.
- Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
- Rahilə Hüseynzadə Avropa birinciliyini 3 medalla başa vurub
- Azərbaycanlı atletdən Avropa birinciliyində 3 medal
- Azərbaycanlı atletdən Avropa birinciliyində 3 medal
- Xüsusi olimpiyaçılardan ölkə kubokunda 2 qızıl medal
0
0