Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib
11.06.2026 - 12:13
Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

Apasport.az xəbər verir ki, daha 2 məktəb avadanlıqla təmin olunub.

Avadanlıqlar "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və "Təhsil" Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.