Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
08.11.2025 - 17:18
Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”

“Medal qazanacağımı gözləyirdim”.

Bunu Apasport.az saytının Ər-Riyada ezam olunmuş əməkdaşına verdiyi açıqlamada İslamiadada ağırlıqqaldırma növü üzrə 3 bürünc medal qazanan Nuray Əbilova deyib.

O, bu yarışın onun üçün ilk böyük sınaq olduğunu qeyd edib:

“Bizim üçün çətin oldu, amma bunu bacardıq. Başda federasiyamız olmaqla, mənim üzərimdə əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm. Bu yolda mənə dəstək verənlərdən biri də anamdır. İnşallah, daha yaxşı nailiyyətlər qazanaraq ölkəmizin bayrağını dalğalandırmağa davam edəcəyəm. Yaşım kiçik olduğundan bu turnir mənim ilk böyük yarışım idi. Ən böyük hədəfim isə Olimpiya çempionu adını qazanmaqdır”.