Təmsilçimizdən uğurlu çıxış
22.04.2026 - 12:29
Təmsilçimizdən uğurlu çıxış

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Apasport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.

O, təkanlaqaldırma hərəkətində 180 kq çəkini ram edərək dördüncü olub.

İ.Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.