"Xorvatiyaya məğlubiyyətlə işimizi çətinləşdirdik. Ancaq hələ də şansımız davam edir".
Apasport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Robert Mak deyib.
28 yaşlı hücumameyilli futbolçu yerli mətbuata açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyuna münasibət bildirib. Qırmızı vərəqə səbəbindən oyunu tribunadan izləyəcək "Zenit"in futbolçusu talelərinin öz əllərində olmadığını qəbul edir.
Ancaq Mak istənilən halda qələbə barədə düşündüklərini vurğulayıb: "Ola bilsin ki, Azərbaycanla oyunda stadiona gələcək azarkeşlərimizin bir gözü telefonla Uels - Macarıstan matçında olacaq. Ancaq biz bütün diqqətimizi meydandakı mübarizəyə yönəltməliyik. Azərbaycana qalib gəlməli olduğumuzu bilirik. Hazırlığımızı da buna uyğun görməliyik. Çünki digər oyunun nəticəsinə biz təsir edə bilmərik".
Qeyd edək ki, bu gün Trnavadakı "Anton Malatinski" stadionunda keçiriləcək Slovakiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 23:45-də başlayacaq.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib