“Azərbaycanla oyunun çətin keçəcəyini bilirdik. Rəqibə erkən qol vurmaq istəyirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Marek Hamşik deyib.
Komandasının kapitanı AVRO-2020-nin seçmə mərhələsinin son turunun Azərbaycan yığması ilə qarşılaşması haqda fikirlərini açıqlayıb. 2:0 hesablı qələbəyə ikinci qolla töhfə verən M.Hamşik oyunu dəyərləndirib: “İlk yarıda daha yaxşı oynadıq. Fasilədən sonra bizə hərəkətlilik çatmırdı. Xoşbəxtlikdən qalib gəlməyi bacardıq. Rəqibin yalnız bir imkanı oldu. Onda da bizi qapıçımız xilas etdi”.
M.Hamşik vurduğu qoldan da danışıb: “Qol epizodunda bəxtim gətirdi. Amma yenə də məmnun qaldım. Biz ən çox Uelslə matçlara görə təəssüflənirik. Final mərhələsinə yüksəlmək imkanını həmin oyunlarda itirdik”.
Qeyd edək ki, Azərbaycan millisinin sonuncu olduğu E qrupunda Slovakiya üçüncü yeri tutub.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib