Azərbaycan bədii gimnastları dünya kubokunun birinci yarış günündə medal qazana bilməyiblər
23.03.2008 - 13:10
Bakı. Kənan Həsənov - APA-Sport. Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə dünya kubokunun birinci mərhələ yarışı başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın birinci günündə çoxnövçülük üzrə mükafatçılar müəyyənləşib. Turnirə qatılan Azərbaycan idmançıları uğursuz çıxış ediblər. Qadınların birinciliyində Aliyə Qarayeva və Anna Qurbanova fəxri kürsüyə yüksələ bilməyiblər. Qrup hərəkətləri üzrə milli komandamız isə iki proqramın yekununa əsasən ilk üçlükdən kənarda qalıb. Dünya kubokuna bu gün keçiriləcək ayrı-ayrı növlər üzrə çıxışlardan sonra yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0