Azərbaycanın futzal hakimi DÇ-nin seçmə oyununa təyinat alıb
24.03.2008 - 14:10
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Futzal üzrə beynəlxalq dərəcəli hakim Azər Məmmədov növbəti təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, azərbaycanlı hakim dünya çempionatının seçmə oyununu idarə edəcək. A. Məmmədov martın 30-da turnirin “pley-off” mərhələsi çərçivəsində Minskdə keçiriləcək Belarus-Rusiya matçında ədaləti qoruyacaq. Həmyerlimiz görüşün 3-cü hakimi kimi meydana çıxacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0