Azərbaycan cüdoçuları Türkiyədə keçirilən beynəlxalq turnirdə 2 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar
26.03.2008 - 13:22
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin İstanbul şəhərində təşkil olunan sayca 15-ci “Mərmərə” beynəlxalq turnirində iştirak ediblər. Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, tatami üzərinə çıxan 18 idmançımızdan 10-u fəxri kürsüyə yüksəlib. Belə ki, oğlanların yarışında Ceyhun Rufullayev (50 kq), Nurlan Əliyev (60 kq) qızıl, Aqil Mustafayev (50 kq), İsmayıl Piriyev (55 kq), Orxan Hacıağalı (66 kq), Nəsib Əmrəxov (73 kq) gümüş, Kazım Babayev (50 kq), Dilqəm Əliyev (55 kq), Tural Hakimli (81 kq) isə bürünc medala layiq görülüblər. Qızlardan isə yalnız Xanım Hüseynova fərqlənib. 63 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz 3-ü yeri tutub. Rəşad Məmmədovla Rəşad Həsənovun rəhbərlik etdiyi kollektiv bu həftə sonu Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq turnirə yollanacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0