Şəhriyar Məmmədyarov “Amber” turnirini 9-11-ci yerlərdə bitirib
28.03.2008 - 13:07
Bakı. Elşən Məmmədov-APA-Sport. Fransanın Nitsa şəhərində keçirilən şahmat üzrə ənənəvi “Amber” turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ümumi nəticədə 12 iştirakçı arasında 9 xalla 10-12-ci yerləri bölüşdürüb. Ş. Məmmədyarov sürətli partiyada 4,5 xalla 9-11-ci, gözübağlı partiyada isə eyni miqdarda xalla 10-11-ci yerlərlə kifayətlənib. Sonuncu 11-ci turda həmyerlimiz israilli qrossmeyster Boris Gelfandla qarşılaşıb. Şahmatçımız gözübağlı partiyada rəqibini məğlub etsə də, sürətli partiyada uduzub. Qalib adını isə ümumi hesabda 14,5 xal toplayan Levon Aronyan qazanıb.
Qeyd edək ki, sayca 17-ci dəfə keçirilən turnirin ümumi mükafat fondu 216 min avrodur.
Qeyd edək ki, sayca 17-ci dəfə keçirilən turnirin ümumi mükafat fondu 216 min avrodur.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0