Azərbaycan velosipedçiləri Rusiya və İranda keçiriləcək yarışlara dəvət alıblar
29.03.2008 - 11:44
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan velosipedçiləri iki beynəlxalq turnirə dəvət alıblar. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Vitali Qladçenko məlumat verib. Onun sözlərinə görə, Sergey Karaqanov, Ruslan Mustafayev, Məhəmməd Ələkbərov və Elnarə Musayevadan ibarət komandamız mayın 9-dan 15-dək Rusiyanın paytaxtı Moskvada təşkil ediləcək yarışda iştirak edəcəklər. Digər heyət isə mayın 13-dən 19-dək İranda keçiriləcək turnirdə mübarizə aparacaq. Bu yarışda Elçin Əsədov, Rəşad Abbasov, Aleksandr Çeredilin və Aqşin İsmayılovun iştirakı nəzərdə tutulub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0