Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidentini qəbul edib
29.03.2008 - 14:05
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, ölkədə idmanın bütün sahələrinin, o cümlədən kanoe idman növünün də inkişaf etdirildiyi qeyd olunub. Mingəçevirdəki avarçəkmə təlim-məşq bazasının dünya standartlarına uyğun şəkildə yenidən qurulmasının əhəmiyyəti vurğulanıb, orada bir sıra beynəlxalq yarışın və təlim-məşq toplanışlarının keçirilməsi üçün yaxşı imkanların yaradılacağına əminlik ifadə edilib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0