Azərbaycan milli komandası reytinq cədvəlində bir pillə irəliləyib
29.03.2008 - 17:13
Bakı. Kənan Həsənov – APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik olub. Təmsilçilərimizdən ən yaxşı göstərici Janna Muradqızına məxsusdur. Xallarının sayını 22-yə çatdıran rusiyalı legioner 12 pillə irəliləyərək 90-cı sıraya yüksəlib. Millimizin digər üzvlərindən, Səbinə Əmrahzadə (16 xal) 13 pillə irəliləyib və hazırda 111-ci yeri tutur. Otuz bir pillə irəliləyən Sevil Bünyatova (10 xal) 137-ci, mövqeyini qoruyan Aidə Ələsgərova (4 xal) 189-cu pillədə qərarlaşıb. Milli komandamızın mövqeyində də dəyişiklik qeydə alınıb. Hesabında 148 xal olan yığmamız bir pillə irəliləyərək 15-ci sıraya yüksəlib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0