Azərbaycanın idman rəqqasları dünya çempionatında 30-cu yeri tutublar
30.03.2008 - 11:17
Marsel. Elşən Məmmədov-APA-Sport. Fransanın Marsel şəhərində gənclər arasında keçirilən idman rəqsləri üzrə dünya çempionatına yekun vurulub. Latino versiyası üzrə təşkil olunan yarışda Azərbaycanı Boqdan Tyaqlı – Anastasiya Yermişova dueti təmsil edib. Bu haqda “APA-Sport” agentliyinə İdman Rəqsləri Federasiyasının mətbuat katibi Tatyana Çernova məlumat verib. Onun sözlərinə görə, rəqs cütlüyümüz dünya birinciliyində o qədər də uğurlu çıxış etməyib. Belə ki, B.Tyaqlı – A.Yermişova dueti 68 cütlük arasında 30-cu yeri tutub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0